Metroda cibgirlik edən şəxs tutulub

Metroda cibgirlik edən şəxs tutulub
  23 Dekabr 2017    Oxunub:1804
Metroda oğurlua hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Dilrubə Sadətdinli, Neftçala rayon sakini Fatimə Yunusova və Bərdə rayon sakini Nigar Vəliyeva metronun “Elmlər Akademiyası” və “Həzi Aslanov” stansiyalarında pul və sənədləri olan pulqabılarının oğurlanmaları barədə məlumat veriblər.

Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə cinayətin üstü qısa vaxtda açılıb və bu əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Xırdalan şəhər sakini Hüseyn Quliyev olması müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   Metro   Oğurluq  





Xəbər lenti