Vida mərasimindən sonra mərhum Yasamal qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Aleksandr İvanov beyninə qan sızması nəticəsində Moskvada dünyasını dəyişib. O, Bakıda dəfn olunmağı vəsiyyət edib.
Xatırladaq ki, 1950-ci ildə Bakıdan anadan olan Alekseyeviç 1972-ci ildən dövlət təhlükəsizliyi sistemində çalışıb. O, Azərbaycan DTK-sının beşinci şöbəsinin 9-cu bölməsində işləyib. Həmin şöbə Siyasi Büroya namizəd, MK-nın birinci katibi, mərhum prezident Heydər Əliyevin şəxsi təhlükəsizliyinin təminatı ilə məşğul olub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


