Bakıda Milad bayramı... - FOTOREPORTAJ

Bakıda Milad bayramı... - FOTOREPORTAJ
  25 Dekabr 2017    Oxunub:10026
Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da katoliklər Milad bayramını qeyd edirlər.

AzVision.az xəbər verir ki, bayram münasibətilə Bakının Xətai rayonundakı “Müqəddəs Məryəm” kilsəsinə toplaşan katoliklər bir-birilərini təbrik edib, rus və ingilis dillərində səslənən dini ayinləri dinləyiblər.
Katolik kilsəsinin keşişi bu bayramın xristianlar üçün böyük önəm kəsb etdiyini və insanların bir-birinə tolerant yanaşmasında önəmli rol oynadığı deyib.

Qeyd edək ki, Milad bayramında insanlar bir-birilərinə hədiyyələr verir, ənənəvi yeməklər bişirirlər. Bayramda ailələrin birliyinin simvolu sayılan xüsusi çörək hazırlanır. Bundan başqa Milad axşamı hamı stol arxasında birgə əyləşməli, ənənəyə görə masada 12 cür yemək olmalıdır. Bir çox ailələrdə isə gözlənilməz qonaq üçün boş yer saxlayırlar. Bayramda evlər bəzədilir, bütün gecə tanrıya dualar oxunur.

Milad bayramı hazırda düyanın 100-dən çox ölkəsində rəsmi dövlət bayramı kimi qeyd olunur. Xristianlar məzhəblərindən asılı olaraq, bayramı müxtəlif vaxtlarla qeyd edirlər.























































Şahanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər: Milad-Bayramı  





Xəbər lenti