Bayram günü metro gecə 1-ə kimi işləyəcək

"Bu, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Dənizkənarı Milli Parkda təşkil olunacaq atəşfəşanlıqdan sonra sakinlərin rahat mənzil başına çatması məqsədi daşıyır. Sadəcə, sərnişinlərdən xahiş edirik ki, sakinlər "Sahil" stansiyasının bağlı olduğunu nəzərə alsınlar. Metrodan istifadə edəcək sərnişinlər "28 may" və "İçərişəhər" stansiyalarına üz tuta bilərlər"-deyə N.Paşayev vurğulayıb
Anar Kəlbiyev
AzVision.az