
Daşkənd, Səmərqənd, Xarəzm, Fərqanə və digər vilayətlərdə hazırlanan müxtəlif çeşiddə çörək və çörək məmulatları biri-birindən fərqlənir. Həm dadı, həm də özünəməxsus naxışları ilə. Bəli məhz naxış. Bunun üçün müxtəlif qəliblərdən istifadə olunur.

Özbəklər qürurla “Bizim çörəkdən dünyada yoxdur” deyirlər. Azərbaycan çörəyindən əsas fərqi isə odur ki, özbək çörəyini uzun müddət saxlamaq olur. Satıcılar iddia edir ki, məhz Səmərqənd çörəyini 2-3 ay, nə qədər inanılmaz olsa da hətta 1 il saxlamaq mümkündür. Nə ətri itir, nə də keyfiyyəti. Bu ölkədə "Özbək çörəyi və şirniyyatları" bayramı da keçirilir. Onun dadına baxıb, ətri və gözəlliyindən zövq alandan sonra mən Özbək çörəyini belə adlandırdım - ÖZlərinin BƏY ÇÖRƏYİ...


Elnur Niftəliyev,
Jurnalist, Filologiya üzrə Fəlsəfə doktoru