Şaxta Baba 10 yaşlı qızın arzusunu necə yerinə yetirdi – VİDEO

  27 Dekabr 2017    Oxunub : 903
Şaxta Baba 10 yaşlı qızın arzusunu necə yerinə yetirdi – VİDEO

Poçt qutusu ta uşaqlığımızdan həmişə hamımız üçün sirrli qab olub. Bu gün də belədir. Nigar da bu cür düşünür və Poçt qutusuna güvənirdi. Bir gün arzularını yazıb atacaqdı o qutuya və hər şey bir göz qırpımında bu su pərisinin istədiyi kimi olacaqdı.

Yeni ilə sayılı günlər qalırdı.Bir çox hallarda böyüklərin də hər şeyin məhz bu ildə reallaşacağını gözlədiyi yeni ildən istəklər, arzular bitməz-tükənməz idi. Nigarsa artıq qərarını verdi və çoxdandır güvəndiyi o sirrli qutunun yanına gəldi. Əli boş deyildi. O, balaca əllərilə tələsik Şaxta babaya yazdığı məktubu Poçt qutusuna atdı.

10 yaşlı Nigar bu məktubu valideynləri və dostlarından gizlin yazmışdı, ancaq balaca qızın səbri gözləməyə çatmırdı. O sinif yoldaşlarına Poçt qutusunun onun arzularını reallaşdıracağını və Şaxta babaya yazıdığı məktubu Poçt qutusuna atdığını dedi. Ancaq... bu qədər lağ edəcəklərini, güləcəklərını bilmirdi. Körpə ürəyini yaralayan əsas qınaq isə ən yaxın rəfiqəsindən gəldi: “Sənin məktubunu poçtalyonlar götürəcək, cıracaq və zibil qutusuna atacaqlar!”

Nigarın bütün ümidləri puç olmuşdu. Körpə beynindəki düşüncələri darmadağın. Arzuları isə atrıq əlçatmaz idi.

Tarix 12.12.2017. Poçt qutularına nəzarət edən poçtalyonlarımız əslində kustar üsulla yazılan (adətən bu tip məktublar qəbul olunmur) məktubu gördülər. Qəribə deyildi, çünki bu kimi hallarla tez-tez rastlaşırıq. Bu dəfə isə yazan 10 yaşlı qızcığaz idi.

“Azərpoçt” MMC-nin 3 saylı Filialının 15 saylı şöbəsinin müdiri Qələndər Abbassov Mərkəzi Poçtun Əməliyyatları Şöbəsinin rəisi Alı Muşayevə zəng edti. Nigarın məktubu ilə bağlı necə davranacağını bilmirdi. Məktubdan xəbər tutan Alı müəllimsə onu təcili olaraq Azərpoçta göndərmələrini söylədi.

Ali müəllimdən “Niyə təcili tələb qoydunuz” deyə soruşanda mənə dedi ki, o uşağın arzularından və hansı zaman kəsiyində bu arzuların gerçəkləşməsinə ümidli olduğundan xəbərsiz idik. Təcili səbəb bu imiş. Elə hər şey də bundan sonra başladı.

...Artıq 10 yaşlı Nigar ilk gördüyündə olduğu kimi sirrli poçt qutusuna güvənir və inanır. Şaxta babanın varlığındansa əmindir, axı o, Nigarın məktubda yazdığı hər şeyi öz hədiyyələrinə də əlavə edib, ona poçt vasitəsilə çatdırmışdı.

Ən önəmlisi isə odur ki, artıq Nigar bütün arzuların bir gün mütləq çin olacağına əmindir və bu əminlik ömür boyu onunla yaşayacaq.

Günel Gözəlova


Teqlər: #Şaxta-Baba   #Yeni-İl