İtkin düşən alpinistlərin tapılması barədə şayiə yayılıb

AzVision.az xəbəri dəqiqləşdirmək üçün “Gilavar” klubunun rəhbəri Ziya Qasımovla əlaqə saxlayıb.
“Hazırda qərərgahdayam. Alpinistlərin tapılması ilə bağlı xəbər yoxdur. Bununla bağlı şayiə yayılmışdı. Yoxladıq, məlumat düz çıxmadı. Kimsə nəsə bilirsə, bizə məlumat versin”.
Qeyd edək ki, Tufandağı istiqamətində yürüşə çıxan "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu itkin düşüb. Onların axtarışları davam etdirilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: