Ana və oğlu dəm qazından zəhərlənib

Ana və oğlu dəm qazından zəhərlənib
  29 Dekabr 2017    Oxunub:1755
Lənkəranda ana və oğlu dəm qazından zəhərlənib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kərgəlan kəndində baş verib. Məlumata görə, 1957-ci il təvəllüdlü Əliyeva Əsli Məcid qızı və onun oğlu.1981-ci il təvəllüdlü Əliyev İlkin İntiqam oğlu ev şəraitində dəm qazından zəhərləniblər.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

AzVision.az


Teqlər: Lənkəran  





Xəbər lenti