Bu gündən 5 günlük tətil başlayır

Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti iş günü, yəni yanvarın 3-ü də qeyri-iş günü hesab ediləcək.
Dekabrın 30-u isə şənbə gününə təsadüf edir. Beləliklə, ölkədə 5 gün - dekabrın 30-u, 31-i, yanvarın 1-i, 2-si və 3-ü iş olmayacaq.
Qeyd edək ki, yanvarın 4-ü Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür.
AzVision.az