Pulu olanlar Şahdağa axışır: Boş yer qalmayıb

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, ölkəmizə ən çox Ukrayna, Rusiya və Ərəb Əmirliklərindən turistlər gəlib.
Şahdağ məsafə baxımdan yaxındır, həm də orada Yeni il şou proqramı olacaq. Bu baxımdan yerli turistlərin əksəriyyəti bayramı Şahdağda keçirməyə üstünlük verir. Sonrakı yerdə Qəbələ-Tufandağ gəlir. Azərbaycanlılar xaricdə Yeni ili keçirmək üçün daha çox Gürcüstana üz tuturlar. Burada məsafə mühüm rol oynayır. Bundan başqa Dubay, Türkiyə və digər Avropa ölkələrinə gedənlər də var. Yeni ili Rusiyada qarşılamaq istəyən azərbaycanlı turistlər say baxımdan nisbətən azdır" - təşkilat rəhbəri deyib.
N. Bağırov əvvəlki illərlə müqayisədə azərbaycanlıların Yeni ili ölkədə keçirməyə üstünlük verməsinin əsas səbəbini qiymətlərin münasib olması ilə əlaqələndirib. Belə ki, azı min manat pulu olan şəxslər Şahdağda Yeni ili qeyd edə bilərlər.
"Şahdağda 5 ulduzlu oteldə 5 gün qalmaq Yeni il şou proqramı daxil adambaşına 1000 manatdır. Qiymət elə də baha deyil. Qəbələdə isə qiymət nisbətən aşağıdır"
Aytən Zəhra
AzVision.az
Teqlər: Turist Şahdağ Qəbələ Türkiyə