Evlərdən oğurluq edən Biləsuvar sakini tutulub

Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Ağayevin oktyabrın 10-da Biləsuvar rayonunun Bəydili kəndində bir evdən, bir həftə sonra isə Müşfiq Nəzərova məxsus digər bir evdən müxtəlif məişət əşyalarını oğurladığı məlum olub.
Əvvəllər də eyni əmələ görə məhkum olunmuş həmin şəxs saxlanılarkən oğurladığı əşyaların bir qismi ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı Biləsuvar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
AzVision.az