Bakıda içi pulla dolu seyf oğurlanıb

Bakıda içi pulla dolu seyf oğurlanıb
  30 Dekabr 2017    Oxunub:1850
Nəsimi rayonu ərazisindəki mağazaların birindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 23-də rayon ərazisindəki mağazaların birindən tütün məmulatı və içərisində 3000 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Səməd Yusifov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun cari il iyunun 6-dan noyabrın 8-dək olan müddətdə rayon ərazisində 1 gözəllik salonundan, 1 tədris mərkəzindən və daha 1 mağazadan pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

AzVision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti