İsmayıllıda yenidən zəlzələ oldu - Yenilənib

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a verilən məlumata görə, saat 13:11-də İsmayıllı ərazisində 3,9 maqnitudalı zəlzələ baş verib.
***
(11:35)
İsmayıllıda 3,3 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən AzVision.az-a verilən məlumata görə, yeraltı təkanlar 06:49 radələrində qeydə alınıb.
Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
AzVision.az