Evlənmək istəyənlərdə aşkarlanan qorxunc xəstəliklər

Talassemiyanın profilaktikası baxımından nikaha daxil olan cütlüklərin tibbi müayinəsi çox böyük əhəmiyyət kəsb edir.
Ötən il 130 min nəfərdən qan nümunəsi müayinə olunub. Onların arasında 3611 talassemiya daşıyıcısı, 103 qazanılmış immunçatışmazlığı sindromu, 422 sifilis xəstəliyi aşkarlanıb.
Müayinə olunanlar arasında talassemiyalı 38 cütlük müəyyən edilib. Həmin cütlüklərin ailə həyatı qurması nəticəsində hamilə qalan 24 qadının hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb. Nəticədə 4 sağlam, 14 daşıyıcı, 6 xəstə döl aşkar edilib.
AzVision.az