Bakı-Quba yolunda avtomobil yanıb

Bakı-Quba yolunda avtomobil yanıb
  02 Yanvar 2018    Oxunub:1677
Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Bakı-Quba yolunun 15-ci kilometrliyində “QAZ” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti