Qaradağda avtobus piyadanı vuraraq öldürüb

Qaradağda avtobus piyadanı vuraraq öldürüb
  02 Yanvar 2018    Oxunub:1294
Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yolu keçən piyadanı avtobus vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məluamata görə, yanvarın 1-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Astara rayon sakini Əhəd Abbasov idarə etdiyi “Mercedes” markalı avtobusla yolu keçən 40-45 yaşlı kişini vurub.

Nəticədə həmin şəxs hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   qəza  





Xəbər lenti