Hacıqabul rayonunda mal-qara otaran azyaşlı çaya yıxılaraq boğulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məluamata görə, yanvarın 1-də Hacıqabul rayonunun Birinci Paşalı kənd sakini, azyaşlı Xəyyam Teymurov Pirsaat çayının sahilində mal-qara otararkən ehtiyatsızlıqdan çaya yıxılaraq boğulub. Onun meyiti sudan çıxarılıb.