Sərxoş sürücülərə Yeni il "hədiyyəsi" - VİDEO

Reyd zamanı 100-ə yaxın sürücü saxlanılıb. Onlardan 3-ü nəqliyyat vasitəsini içkili halda idarə etdiyi üçün cərimə olunub və avtomobilləri cərimə meydançasına aparılıb.
Bundan başqa, reyd zamanı təhlükəli manevr edən, sürücülük hüququ olmadan sükan arxasına keçən, sərnişindaşıma qaydalarını kobud şəkildə pozan və digər qayda pozuntuları edən sürücülər də müəyyən olunaraq barələrində tədbir görülüb.
Onu da qeyd edək ki, sərxoş sürücülərin bəziləri həm polisə, həm də çəkilişə etiraz edib. (Xəzər TV)
AzVision.az