Tanınmış jurnalist-dizayner vəfat edib

Bir müddət əvvəl insult keçirərək komaya düşüb. Bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, F.Həsənov “Ədalət”, “Hürriyyət”, “7 Gün” qəzetlərində, fəaliyyəti dayandırılmış “ANS Press” saytında dizayner işləyib. Sonuncu iş yeri “Daşınmaz əmlak” jurnalı olub.
F.Həsənovun həyat yoldaşı Marina Səttarbəyli də əvvəllər jurnalist olub. Onların üç övladı var.
Allah rəhmət eləsin!
AzVision.az
Teqlər: Dizayner Jurnalist Vəfat