“Alpinistlərin sağ qayıdacağına inanırıq” - Axtarışlarla bağlı yeni məlumat

AzVision.az xəbər verir ki, bu barədə “Gilavar” ekstrim və idman klubunun “Facebook” səhifəsində məlumat paylaşılıb. Qeyd olunub ki, axtarışların dayandırılması və ya Qəbələdə dağçıların izinə rast gəlindiyi barədə əsassız xəbərlər tirajlanır.
Məlumatda vurğulanıb ki, digər bir yanlış informasiya isə dağçıların icazəsiz getməsi, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verməməsidir:
“Bu, mümkün olacaq şey deyil, çünki ekspadisiya barədə 4 mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa, dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər. Ümidimizi üzmürük, alpinistlərimizin sağ-salamat qayıdacağına inanırıq”.
AzVision.az
Teqlər: Alpinistlər İtkin