
T.Zeynalovanın fikrincə, bayramdan sonra bədənin detoks olması məsləhətdir: “Bayram günlərində qidalanma zamanı bədənin assit durumu pozulur. Detoks nədir? Bu da düzgün yanaşma tələb edir. Hər kəs əlinə bir litrlik su götürüb içərisinə limon və xiyar atmaqla bunu edib, üstündən də çayla tort yeməməlidir. Bu, bədənin toksinlərdən təmizlənmə prosesidir. Yaxşı olar ki, bu prosedur ildə iki dəfə aparılsın. Bu, heç də gün ərzində ac qalmaq anlamına gəlmir. Bu proses bədəni, ağ ciyərləri və ruhumuzu təmizləyir. Bol-bol su içirik, kofeinli içkilərdən uzaq dururuq, qırmızı ət və çörəkdən istifadə etməməyə çalışırıq.
Məsələn, dənli bitkilər, qarabaşaqdan istifadə olunur. Çəkimizin üç faizi mislində su içməyimiz zəruridir. Daha çox tərəvəz ağırlıqlı qidalardan istifadəyə üstünlük verilməlidir. Təmiz havada hər gün yarım saat vaxt keçirməklə ağ ciyər toksinlərdən təmizlənir. Dərimizin detoks olması üçün isə kontrast duş da çox əhəmiyyətli təsirə malikdir".
Dietoloq bildirib ki, süd məhsulları, qatıq, ayran, kefir kimi məhsulları qəbul etmək faydalıdır: “Meyvələr axşam saatlarına saxlanılmamalı, günün birinci yarısında yeyilməlidir. Əsas hərəkət, su, yuxudan tez oyanıb, səhər yeməyini vaxtında yenməkdir. Bunlara riayyət etsək çəkini qısa zamanda ata bilərik”.
Aytən Zəhra
AzVision.az