Uğurlu Horadiz əməliyyatından 24 il ötür - VİDEO

AzVision.az-ın məlumatına görə, Horadiz əməliyyatı 1993-cü ilin dekabrından başlayıb, 1994-cü ilin 6 yanvar tarixinə kimi davam edib.
Aramsız atışmalar sonrasında Azərbaycan Milli Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini, o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edə bilib. 21 min hektar ərazi düşmən tapdağından xilas olunub. Bu döyüşlərdə düşmənin itkiləri Azərbaycan tərəfindən 2 dəfə çox olub. Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyatdır. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd “Şturm-S”, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.
AzVision.az
Teqlər: Füzuli Horadiz Əməliyyat