Gömrükdə 17 ədəd mobil telefon ələ keçirilib

Həmin şəxs gömrükçülərə üzərində və nəqliyyat vasitəsində gizlədilən, gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib.
Nəqliyyat vasitəsində aparılan yoxlamadan sonra sürücünün və avtomobildə sərnişin qismində səyahət edən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı sürücünün şalvarının cibindən "Samsung" və "Lenovo" markalı 3 ədəd mobil telefon, onun sərnişininin şalvarının və gödəkcəsinin ciblərindən isə "Samsung" və "Huawei" markalı 14 ədəd mobil telefon, "Sandisk" markalı müxtəlif həcmli 10 ədəd yaddaş kartları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
AzVision.az