
Daxil olan digər məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Cəlilabad rayonu ərazisində keçirdikləri tədbirlərlə rayon sakini Tural Ataşovdan 18 kiloqrama yaxın tiryək götürülüb.

Növbəti uğurlu əməliyyat tədbiri Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gerçəkləşdirilib. Əldə edilmiş əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində rayonun Pərdi kəndində yaşayan Oqtay Rufullayevin evinə baxış zamanı oradan 3 kiloqram 118 qram heroin aşkar edilib. Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
AzVision.az