Dövlət bağçaları ilə bağlı yeni qaydalar təsdiqləndi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Bütün tipdən olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, yetim və valideyn himayəsindən məhrum olan uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı, yumşaq inventarlarla təmin olunması norması”na uyğun olaraq, uşaqlar yumşaq inventarlarla, geyim və ayaqqabı ilə təmin edilirlər.
Uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının inkişafını stimullaşdıran mühit yaradılır. Uşaqlar onlar üçün təhlükə yaratmayan və yaşlarına uyğun oyuncaqlarla təmin edilirlər.
Dövlət təhsil standartlarına uyğun olaraq hazırlanmış proqramlar əsasında beş yaşına çatmış uşaqların məktəbə hazırlığı təşkil edilir;
Öz bacarığı və istedadı ilə fərqlənən uşaqların musiqi məktəblərinə, uşaq yaradıcılıq evlərinə göndərilməsi, habelə olimpiadalarda, festivallarda, müsabiqələrdə, yarışlarda, sərgilərdə iştirakına köməklik göstərilir.
Uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə əyləncəli oyunlar, müsabiqələr, yaradıcı insanlarla görüşlər keçirilir, bayram və istirahət günlərinin, tətillərin səmərəli təşkili, onların ekskursiyalara, konsert və teatr tamaşalarına, muzeylərə aparılması, ölkənin tarixinin və mədəniyyət abidələrinin öyrədilməsi təmin edilir. İnkişafında qüsurlar olan və təhsildə çətinlik çəkən uşaqlara onların yaradıcılıq, intellektual və fiziki imkanlarına, yaş xüsusiyyətlərinə uyğun olaraq sosial-psixoloji və pedaqoji yardım göstərilir;
“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən uşaqlara tibbi xidmət göstərilir.
“Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsində qeyd edilmiş xüsusi kateqoriyadan olan uşaqların sosial problemlərinin aradan qaldırılması məqsədi ilə onların müəyyən edilərək aidiyyəti üzrə yönləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Müəssisələrdə uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsi, ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər, kredit və qrantlar, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.
AzVision.az