Goranboydakı qətlə görə daha 2 nəfər tutulub

Goranboydakı qətlə görə daha 2 nəfər tutulub
  06 Yanvar 2018    Oxunub:1514
Goranboy rayonunda marketə hücum etməkdə şübhəli bilinən daha iki nəfər saxlanılıb.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakinləri Zülfi Cəbrayılovu qətlə yetirməkdə, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hətami və Nicat Əliyevə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Saləddin Quliyev və qrupun digər üzvü - Daşkəsən rayon sakini Rəvan İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.

AzVision.az


Teqlər: DİN   Goranboy  





Xəbər lenti