Noutbuk və planşet oğruları saxlanılıb

Noutbuk və planşet oğruları saxlanılıb
  06 Yanvar 2018    Oxunub:1360
Bakının Nərimanov rayonu ərazisindəki müəssisələrdən birindən noutbuk, mağazadan isə planşet oğurlamaqda şübhəli bilinən üç nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 2-4-də rayon ərazisindəki müəssisələrdən birindən noutbuk, mağazalardan birindən isə planşet oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Əsgərov, Sabirabad və Şəmkir rayon sakinləri olan iki yeniyetmə saxlanılıblar.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti