Sumqayıt sakini başından bıçaqlanıb

Sumqayıt sakini başından bıçaqlanıb
  08 Yanvar 2018    Oxunub:1343
Yanvarın 6-da Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə bir nəfərin baş nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla zərərçəkmişin Köhnə Corat qəsəbə sakini Rauf Heybətov olması müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb. Görülmüş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Nəzərov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Sumqayıt  





Xəbər lenti