Əhalidən xeyli sayda silah-sursat götürülüb
Yanvarın 8-də Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yuxarı Şilyan kənd sakini Sadəddin Qasımov saxlanılıb. Baxış zamanı onun üzərindən 120 qram marixuana aşkar edilərək götürülüb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə saxlanılan şəxsin yaşadığı evə baxış zamanı isə müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.
Həmin gün Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə rayon sakini Surxay Həsənovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Polis əməkdaşları tərəfindən mütəmadi aparılan profilaktiki tədbirlər nəticəsində xeyli sayda silah-sursat polis orqanlarına təhvil verilib. Naxçıvan şəhər sakini Mayis Səfərov tapdığı 1 ədəd “AK” markalı silahı, 2 ov tüfəngini, 1 ədəd “ES” markalı pnevmatik tir silahını və 1 ədəd “Voltran” markalı qaz tapançasını könüllü olaraq Naxçıvan Muxtar Respublikası DİN-in Mühafizə Şöbəsinə təhvil verib.
Əməliyyat tədbirləri nəticəsində Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki məişət tullantıları yığılan ərazidən 1 ədəd “AK-74” markalı silah, 52 ədəd patron və 2 ədəd patron darağı tapılıb. Silah-sursatlar aidiyyatı üzrə təhvil verilib.
AzVision.az
Teqlər: DİN silah-sursat