Sabunçuda oğurluq edən dəstə tutulub

Əməliyyat qrupu tərəfindən hadisə yerində müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla salona pəncərədən girmək yolu ilə 9 ədəd oyun aparatı, noutbuk və 9 ədəd pultun oğurlandığı məlum olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu 3 nəfərin törətdiyi müəyyən edilib. Görülmüş tədbirlərlə Bakı şəhər sakinləri Fərid Şabanov, Ağa Əsgərov və Elvin Vəliyev saxlanılıblar. Onlar törətdikləri bu cinayət əməlini etiraf ediblər.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.
AzVision.az