Nazirlik tədbirlər planını təsdiq edib
Seminar və müşavirələr “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi”, “Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları”, “Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları”, “Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları”, “Məcburi əmək və insan alverinin qarşısının alınması”, “Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları”, “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar”, “Kollektiv müqavilə və sazişin bağlanmasının ümumi qaydaları” və s. mövzuları əhatə edəcək.
Həmçinin “Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri”, “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları”, “İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları” və digər mövzularda da seminar və müşavirələrin keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda, əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə işlərinin davam etdirilməsi, “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda da cari il ərzində seminar və müşavirələrin təşkili planlaşdırılıb. Tədbirlər zamanı iştirakçılara aidiyyəti mövzularda maarifləndirici çap məhsullarının paylanması da nəzərdə tutulur.
AzVision.az
Teqlər: ƏƏSMN