Xırdalanda oğurlanan maşın Yasamalda tapıldı

Xırdalanda oğurlanan maşın Yasamalda tapıldı
  10 Yanvar 2018    Oxunub:2387
Xırdalanda avtomobil qaçırılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 9-na keçən gecə Xırdalan şəhərinin ərazisindən şəhər sakini Ehtiram Nəcəfova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini Yunis İmanov saxlanılıb.

Avtomobil isə Yasamal rayonu ərazisində tapılıb. Abşeron RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti