Uşaqlar üçün xeyriyyə tədbiri keçirilib

  10 Yanvar 2018    Oxunub : 1391
Uşaqlar üçün xeyriyyə tədbiri keçirilib

"Childlove Azerbaijan" komandası körpə balalar üçün “Childlove 9 - Yeni il, Yeni arzular” adlı növbəti xeyriyyə tədbiri təşkil edib.

Tədbirinin təşkilatçılarından olan Fikrət Qasımzadə bildirib ki, 2011-ci ildən bəri keçirilən “Childlove Azerbaijan” xeyriyyə tədbirlərinin əsas məqsədi ölkəmizin gələcəyində böyük yer tutacaq olan uşaq evlərindəki körpələrin maariflənməsi və özlərini cəmiyyətdə bir şəxsiyyət kimi tapmasıdır. Ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun uşaq evlərindəki uşaqlara dəstəyi və gənclərə olan qayğısı danılmazdır. “Biz də Azərbaycan Respublikasının gəncləri olaraq, əlimizdən gələn qədər ölkəmizə xidmət edirik və bunu özümüzə borc bilirik. “Childlove Azerbaijan” bütün Azərbaycan gəncliyinin layihəsidir. Burda şəxslər yox, məqsəd önəmlidir”,- Fikrət Qasımzadə vurğulayıb.

Son 7 il ərzində xüsusi günlərdə körpə balalar üçün geniş miqyaslı tədbirlər təşkil olunur. Bu dəfə isə ötən illərdə olduğu kimi yeni il münasibəti ilə körpə balalar üçün yeni il şənliyi baş tutub. Tədbirin tərkibində məhşur müğənilərlə hazırlanmış konsert proqramı, rəqs kollektivləri, sehirbazlar və yeni ilin rəmzi olan Şaxta Baba və Qar Qız, uşaqlar evindən tədbirə gələn uşaqlar üçün şou proqram təşkil olunub. Tədbir zamanı uşaqları təbrik etməyə xeyirxah vətəndaşlar hədiyyələrlə birlikdə tədbirə gəlib. Uşaqlara yeni il əhval-ruhiyyəsi yaşatmaq və sevindirmək üçün hər bir şərait təşkil olunmuşdur. Körpələrin üzündə olan təbəssüm görülməyə dəyərdi.



Tədbirin təşkilatçılarının dediyinə görə, məqsədləri bu tədbiri ölkəmizdə yaşayan vətəndaşlara yüksək səviyyədə çatdırmaq və bir millət olaraq üstümüzdə olan məsuliyyəti göstərməkdir.

Tədbirin təşkilatçıları Fikrət Qasımzadə, Tural Babayev, Nigar Abıyeva ve Elçin Babayevdir.

Teqlər: