Ermənilərin Talış kəndi ilə bağlı yalanı - FOTO

Ermənilərin Talış kəndi ilə bağlı yalanı - FOTO
  25 Yanvar 2018    Oxunub:4084
Talış kəndində yaşayış binalarının inşa edilməsi ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər məhz daxili auditoriyaya hesablanıb və prezident seçkiləri ərəfəsində təbliğat xarakteri daşıyır.
Azərbaycanın Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 2016-cı ilin aprel ayında keçirilən əks-həmlə əməliyyatı nəticəsində Talış kəndi ətrafındakı azad edilmiş yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqelərindən yaşayış məntəqəsi və bu istiqamətdə düşmən müdafiəsinin dərinliyindəki digər strateji əhəmiyyətli kommunikasiya xətləri daim nəzarətdə saxlanılır. Aprel döyüşlərindən sonra ermənilər tikinti işlərini Talış kəndi adı altında cəbhə xəttindən xeyli uzaqlıqdakı digər ərazidə aparırlar.

Nazirlikdən təqdim edilən fotolarda Azərbaycan Ordusunun yüksəklikdəki mövqelərindən aydın görünən Talış kəndidir və burada hər hansı bir tikintinin aparılması müşahidə olunmur. Döyüş mövqelərinə bu qədər yaxın məsafədə olan ərazidə tikinti işlərinin aparılması mümkün deyil.



AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Talış-kəndi  





Xəbər lenti