Erməni oliqarxlar Sarkisyanın varisinə qarşı

AzVision.az “Jamanak” nəşrinə istinadən xəbər verir ki, bir çox iş adamları Armen Sarkisyanın timsalında ölkənin biznes həyatında yeni rəqibin olacağından narahatdır.
“Ola bilsin ki, yaxın gələcəkdə oliqarxlar tərəfindən Armen Sarkisyanı ifşa edən məlumatlar yayılacaq. Bu da son nəticədə onun prezidentlik istəyindən imtina etməsi ilə nəticələnəcək”.
Qeyd edək ki, Ermənistanın hazırki rəhbəri Serj Sarkisyan ötən həftə Armen Sarkisyanın prezidentliyə namizədliyini elan edib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Ermənistan Oliqarx Etiraz