Səfər çərçivəsində H.Zərbəliyev İndoneziya Universitetinin tədris işləri üzrə prorektoru, professor Bambanq Vibavarta, kitabxananın müdiri Fuad Qani və bu ölkənin Bandunq şəhərində təcrübədə olan azərbaycanlı tələbələrlə görüşüb. Bildirilib ki, Azərbaycan mədəniyyəti mərkəzi və ADU-dakı İndoneziya Araşdırmalar mərkəzinin əməkdaşlığı yüksək ixtisaslı kadrların yetişməsi və əlaqələrin möhkəmlənməsinə töhfəsini verəcək.

ADU və İndoneziya Universiteti arasında əməkdaşlıq memorandumu imzalamaq haqqında razılıq əldə olunub. Sənəddə iki universitet arasında əməkdaşlığın yaradılması, tələbə-müəllim mübadiləsi, birgə elm-tədqiqat işlərinin aparılması əksini tapacaq.
Səfər çərçivəsində, həmçinin H.Zərbəliyev Pacacaran Universitetinin rektoru, professor Tri Hanqqono Ahmad və bu ali təhsil ocağının inzibati heyəti ilə görüşüb. Görüşdə ADU və Pacacaran Universiteti arasında əməkdaşlıq memorandumu təsdiqlənib. Əməkdaşlıq çərçivəsində Pacacaran Universiteti burada Azərbaycan mədəniyyəti günlərini keçirməyi də təklif edib.
H.Zərbəliyev İndoneziyanın Bandunq şəhərindəki Sunan Kalicaqa Dövlət İslam Universitetinin rektoru, professor H.Musa Aşari və digər rəhbər şəxslərlə də görüşüb. Görüşdə bu universitetin ADU ilə əməkdaşlıqda maraqlı olması ilə bağlı fikirlər səslənib. H.Zərbəliyev həmin universitetdə Azərbaycan mədəniyyəti və multikulturalizmi haqqında məruzə ilə çıxış edib.
AzVision.az