Bakıda Türkiyəyə dəstək aksiyası keçiriləcək

  25 Yanvar 2018    Oxunub : 1210
Bakıda Türkiyəyə dəstək aksiyası keçiriləcək

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi qarşısında Türkiyə Ordusunun Afrində terrorçulara qarşı həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına dəstək aksiyası keçiriləcək.

AzVision.az xəbər verir ki, aksiyada Türkiyəyə dəstək nümayiş etdiriləcək, şəhidlər anılacaq.

Aksiya 26 yanvar, saat 15:00-da Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi qarşısında baş tutacaq.

AzVision.az

Teqlər: Türkiyə   Azərbaycan