Nazir müavini: “Əlillər arasında onkoloji xəstəliklər artıb”

Nazir müavini qeyd edib ki, xəstəliklər cavanlaşıb: “Çünki profilaktik tədbirlər görülmür. Sovet dövründə insanların ildə iki dəfə poliklinikalarda dispanserizasiyadan keçməsi mütləq idi. Bu, xəstəliklərin vaxtında aşkar edilməsinə və müalicə olunmasına kömək olurdu. Bu gün ürək-damar xəstəlikləri olan əlillər birinci yerdədir. Psixiatriyaya aid edilən xəstəliklər 11-12 faizə qalxıb. Gözdən əlillərin sayı isə 10-12 faizdir. Burada artım müşahidə olunur”.
N.Məmmədov qeyd edib ki, gözdən əlillik daha çox şəkərli diabetin və digər xəstəliklərin fəsadlarıdır. Çünki vaxtında müalicə olunmurlar.
Əlillərin komissiyadan keçməsinə gəlincə, nazir müavini deyib ki, bu məsələdə Tibbi Sosial Ekspert Komissiyalarından şikayət yoxdur, amma poliklinikalarla bağlı şikayətlər daxil olur.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: ƏƏSM Nazirlik Əlil Qanun