XİN-də qeyri-rezident səfirlərin qəbulu keçirilib

XİN-də qeyri-rezident səfirlərin qəbulu keçirilib
  25 Yanvar 2018    Oxunub:1602
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Çili və Ekvadorun Azərbaycanda akkreditə olunmuş qeyri-rezident yeni səfirləri Xose Manuel Silva və German Alexandro Orteqa Almeydanı qəbul edib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, Çili Respublikası (mənzil-qərargahı Ankara) və Ekvador Respublikasının (mənzil-qərargahı Tehran) Azərbaycan Respublikasına akkreditə olunmuş qeyri-rezident yeni səfirləri Xose Manuel Silva və German Alexandro Orteqa Almeydanın etimadnamələrinin surətlərini Azərbaycan XİN rəsmisinə təqdim ediblər.

Görüşdə Azərbaycanın sözügedən ölkələrlə dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Eldar Tanrıveridyev
AzVision.az


Teqlər: XİN  





Xəbər lenti