Bakıda Holokost faciəsi müzakirə edilib - Fotolar

Bakıda Holokost faciəsi müzakirə edilib - Fotolar
  25 Yanvar 2018    Oxunub:1533
Bakıda beynəlxalq Holokost həftəsi çərçivəsində “Beyond Duty: Diplomats Recognized as Righteous Among the Nations” (“Vəzifədən kənar: Millətlər arasında ədalətli diplomatlar”) adlı sərgi keçirilib.
AzVision.az xəbər verir ki, tədbir çərçivəsində panel müzakirələrində İsrailin Missiya Rəhbərinin Müavini xanım Avital Rosenbeerg, Almaniya, Polşa, İtaliya və Yaponiyanın Azərbaycandaki səlahiyyətli səfirləri, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan təmsilçisi Raşad Hüseynov və ADA universitetinin vitse-rektoru Fariz İsmayilzadə iştirak edib.



Müzakirələrdə çıxış edən BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan təmsilçisi Raşad Hüseynov Holokost faciəsindən danışıb və bildirib ki, müasir nəsil bu hadisələr barədə daha çox məlumatlandırılmalıdır.



İsrailin Azərbaycandakı səfirinin müavini xanım Avital Rosenberq isə çıxışında həmin dövrdə baş verən hadisələrdə çoxsaylı azərbaycanlının əziyyət çəkdiyini və azərbaycanlıların Sovet İttifaqı üçün müharibədə həlak olduqlarını vurğulayıb. Tədbirdə Almaniya, Polşa, İtaliya və Yaponiyanın Azərbaycandaki səfirləri də çıxış ediblər.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Holokost  





Xəbər lenti