Bu gün səhər saatlarında Bakının mərkəzində, Bülbül prospektində qəza olub.
AzVision.az xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan avtomobil “Porsche Cayenne” markalı maşınla toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.