Məmmədovu döyərək soyan iki qadın tutuldu

Məmmədovu döyərək soyan iki qadın tutuldu
  31 Yanvar 2018    Oxunub:1758
Xəbər verildiyi kimi, yanvarın 25-də Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün axşam saatlarında rayon ərazisindəki mənzillərdən birində Bakı şəhər sakini Muxtar Məmmədovun əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyüb cibindəki 150 manatı və mobil telefonunu da götürərək, mənzilin qapısını arxadan bağlayaraq getmiş dəstə üzvlərindən paytaxt sakini Orxan Hüseynov “isti izlər”lə saxlanılıb, digərlərinin isə şəxsiyyətləri müəyyən edilib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən dəstənin digər üzvləri - Maya Qasımova, İsrafil Kərimov, Elçin Osmanov və Şabran rayon sakini Seyidsara Heydərova da saxlanılaraq istintaqa cəlb ediliblər.

AzVision.az


Teqlər: DİN   Quldurluq  





Xəbər lenti