Saatlı rayonu, Əlisoltanlı kəndində "QAZ" markalı minik avtomobilinin idarəetmə lövhəsi, mühərrik hissəsində elektrik naqilləri və 2 ədəd qabaq şinləri yanıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.