Yasamaldakı yanğın söndürülüb - Yenilənib

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
***
(18:03)
Bakı şəhəri, Yasamal rayonunda mağazada yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri hadisə yerindədir.
İlkin məlumata görə, yanğın zamanı ölən və xəsarət alan olmayıb. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
AzVision.az