Ölkəmizdə 2 milyon 575 min nəfərin bayramıdır

Ölkəmizdə 2 milyon 575 min nəfərin bayramıdır
  02 Fevral 2018    Oxunub:2190
Bu gün Azərbaycanda Gənclər Günüdür. 1997-ci ildən fevralın 2-si ümummilli lider Heydər Əliyevin sərəncamı ilə ölkəmizdə Gənclər Günü elan olunub.
AzVision.az-ın məlumatına görə, Azərbaycanda 14-29 yaşlarında olan şəxslər gənc hesab edilir və onlar ölkə əhalisinin 26,3 faizini təşkil edir.

Statistika Komitəsinin məlumatına görə, Azərbaycanın 9 milyon 810 min əhalisinin 2 milyon 575 min nəfəri gənclərdir. Onların da 1 milyon 325,4 min nəfərini kişilər və 1 milyon 249,3 min nəfərini qadınlar təşkil edir.

Gənclərin 790,6 min nəfəri 14-19, 842,2 min nəfəri 20-24 və 941,9 min nəfəri isə 25-29 yaş arasında olanlardır. Azərbaycanlı gənclərin 50,9 faizi şəhər, 49,1 faizi isə kənd yerlərində yaşayır. Bunlardan da yarım milyondan yuxarısı (537,3 min) Bakı şəhərinin daimi sakinləridir. Onu da xatırladaq ki, Azərbaycanda gənc ailə kateqoriyasına yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideynlər daxildir.

AzVision.az


Teqlər: Gənclər   Statistika  





Xəbər lenti