Bakıda avtobus daşa basılıb - BNA səbəbini araşdırır

Bu barədə AzVision.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.
Qeyd edək ki, 198 saylı sərnişin avtobusu naməlum şəxs və ya şəxslər tərəfindən daşa basılıb. Nəticədə nəqliyyat vasitəsində əyləşən 52 yaşlı sərnişin Bayramov Şakir Ağaqulu oğlu baş və göz nahiyəsindən xəsarət alıb. 3 saylı Kliniki Tibbi Mərkəzə aparılan sərnişinin göz nahiyəsi tamamilə sıradan çıxdığından, o, Z.Əliyeva adına Göz Klinikasına göndərilib.
Aytən Zəhra
AzVision.az
Teqlər: BNA