
Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs - Bərdə rayon sakini Vüqar Kazımov saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 4 ədəd patron olan “Makarov” markalı tapança aşkar olunaraq götürülüb. Vüqar Kazımov əvvəllər də üzərində qanunsuz olaraq odlu silah saxladığına görə məhkum olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.
AzVision.az