Quldurluq edən 3 keçmiş məhkum tutuldu

Quldurluq edən 3 keçmiş məhkum tutuldu
  02 Fevral 2018    Oxunub:1392
Abşeron rayonunda quldurluq etmiş 3 nəfər tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da paytaxt sakini Elxan Veysovun pulunu və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Şahkərimov, Quba rayon sakinləri Murad Əşrəfov və Elvin Babayev saxlanılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Quldurluq  





Xəbər lenti