Bayılda vəziyyət necədir? - VİDEO
_1516860065_1517484492_1517604294.jpg)
Nəticələr ərazidə vəziyyətin stabilləşdiyini göstərir. Ölçmə işlərinə əsasən aktivlik müşahidə edilmir. Dünən ərazidə buruq-qazma isləri tamamlanib, laborator analizlər verilib. Eyni zamanda Yaponiyadan gətirilən cihazlar həmin ərazidə yerləşdirilib.
Hər gün Bayıl yamacında günün müxtəlif saatlarında əraziyə baxış keçirilir. İstinad divarı və mayaklarda çatın yaranıb-yaranmadığı araşdırılır. Mütəxəsislər deyir ki, bundan sonra hansısa aktivliyin yaranacağı ehtimalı azdır.
Təhlükəli ərazilərin əhatə dairəsi, topoqrafik xəritələri hazırlanıb. Yaxın günlərdə yekun nəticələr nazirliyin aidiyyəti orqanlarına təqdim ediləcək. Müvəqqəti olaraq kirayə evlərə köçürülən sakinlərin öz mənzillərinə nə zaman qayıdacağı ilə bağlı yerli icra strukturları qərar verəcəklər. (Xəzər TV)