Məscid yanaraq külə döndü - VİDEO
_1517657364.jpg)
Yanğın zamanı dini kitablar, qiymətli xalçalar, müxtəlif əşyalar yanaraq külə dönüb. Hadisə zamanı məsciddə heç kim olmadığı üçün xəsarət alan olmayıb.
Kənd sakinləri hadisədən gec xəbər tutduğu üçün məsciddən heç nə çıxara bilməyiblər.
Hadisə yerinə FHN-in Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğının genişlənərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğının ilkin ehtimallara görə qısaqapanmadan çıxdığı bildirilir.
Qeyd edək ki, məscid 1993-cü ildə inşa edilərək kənd sakinlərinin istifadəsinə verilmişdi. Ətrafdakı bir neçə kəndin dindarları Güvəkənd məscidinə gələrək ibadət edirdi.
AzVision.az